Əsas>> Virtual ofis

Virtual ofis

Biznes qurmaq üçün heç də böyük ofis kirayələməyə artıq ehtiyac yoxdur. Müasir telekommunikasiya vasitələri ofisdə baş verən bütün hadisələri virtual olaraq izləmək imkanını yaradır.
Virtual ofis bizim təqdim etdiyimiz korporativ xidmətlərdən biridir. Bu xidmət biznesin mobillik səviyyəsini artırmağa və xərclərə qənaət etməyə imkan verir.

Müştərilər ilə ünsiyyət zəng mərkəzinin vasitəsi ilə həyata keçir. Operatorlar daxil olan zəngləri qəbul edərək, müştəriləri maraqlandıran bütün sualları cavablandırırlar, ehtiyac yarandıqda isə zəngi şirkətin menecer və ya digər məsul işçilərinə yönləndirirlər.

Xidmətin üstünlükləri:
• Xərclərin azalması. Virtual ofis xidməti ilk növbədə kirayə haqqının həcminin azalması deməkdir.
• Şirkətin ayrı-ayrılıqda hər bir işçisinin peşəkərlığı artır.
• Virtual ofis xidmətindən istifadə etdikdə, satışların sayı artır, çünki müştərilər onları maraqlandıran bütün suallara operativ şəkildə cavab alırlar.
• Siz və Sizin əməkdaşlarınız ofisdə oturaraq işləməli olmayacaqsınız.
• Virtual ofis xidməti istər fəaliyyətə yeni başlamış şirkətlər, istərsə də orta və böyük biznes üçün istifadə oluna bilər.



Xidmət necə işləyir?

İlk öncə zəngləri cavablandırmaq üçün ssenari hazırlanır. Bütün daxil olan zənglərə bizim operatorlar cavab verirlər; onlar potensial alıcıları maraqlandıran bütün sualları cavablandırırlar. Ehtiyac yarandığı halda, zəngi şirkətin məsul işçisinə yönləndirirlər.
Bundan əlavə, virtual ofis xidmətinin köməkliyi ilə, operatorlarımız Skype, SMS və digər ünsiyyət vasitələri ilə də alıcıları məlumatlandıra bilərlər.

“Virtual ofis” xidmətini niyə bizdən sifariş etməlisiniz?
• Daxil olan heç bir zəng “itmir”, bütün müraciətlər operatorlarımız tərəfindən operativ şəkildə cavablandırılır..
• Virtual ofis xidməti həftənin 7 günü bayram və istirahət günləri daxil olmaqla 24 saat çalışır.
• Əmin ola bilərsiniz ki, Sizin mərkəzə zəng edən müştərilər yalnız doğru və yoxlanılmış məlumatı əldə edəcəklər.
• Virtual ofis xidməti satışların artmasını təmin edir, potensial alıcılar onları maraqlandıran bütün məlumatları dərhal əldə edirlər.
• Bizim çox sərfəlidir.

Zəng mərkəzinə ismarıc

Zəng mərkəzimizdən test rejimində istifadə etmək üçün müraciət edin